<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>416</hymn_number>
<lyrics>[V1]
 Ey Allahım, heç vaxt məni tərk etmə,
 Sənsiz tənhalıqdır, qorxuncdur həyat.
 Sanki dolaşırdım zülmət gecədə,
 Yol göstərənim, mənimlə ol birgə.

[C1]
   Boş bir qabdır sanki sevməyən insan,
   Həyatın mənasın anlayar sevən.
   Nə qədər Allaha yaxın olarsa,
   Məhəbbətlə dolar, nurlanar insan.

[V2]
 Həyatımda çoxlu səhvlər etmişəm,
 Məhəbbətinlə bağışlamısan Sən.
 Dünyada nə qədər dərd, qəm görmüşəm,
 Hamısından qorumusan məni Sən.

[V3]
 Nə qədər yanar ox yağdırdı düşmən,
 Azdırmaq istədi məni düz yoldan.
 Səni tanımasam, görməsəm də mən,
 Tək ümid mənbəyim oldun əzəldən.

[V4]
 Arzumdur, yaşayım sonsuz baharda,
 Sənin məkanında, Sənin yanında.
 Əbədi yuxuya getsəm də bir gün,
 Oyanım o rahat, isti qoynunda.</lyrics>
<title>Ey Allahım, heç vaxt məni tərk etmə İL416</title>
</song>